"Zirə" və "Səbail"in futbolçuları Ermənistan millisi ilə oyuna dəvət alıblar

"Zirə" və "Səbail"in futbolçuları Ermənistan millisi ilə oyuna dəvət alıblar Bakı. 15 may. REPORT.AZ/ Futbol üzrə Moldova milli komandasının Konqo və Ermənistan yığmaları ilə yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.
Futbol
15 May , 2018 12:17
Zirə və Səbailin futbolçuları Ermənistan millisi ilə oyuna dəvət alıblar
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Futbol üzrə Moldova milli komandasının Konqo və Ermənistan yığmaları ilə yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Aleksandr Spiridon legionerlər siyahısına Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçunun adını daxil edib. Bunlar "Zirə" və "Səbail"in yarımmüdafiəçiləri Aleksandr Dedovla Yevgeni Koçukdur. Yekun heyət bir müddət sonra müəyyənləşəcək.

Qeyd edək ki, Konqo ilə görüş mayın 31-də, Ermənistanla qarşılaşma isə iyunun 4-də keçiriləcək. Hər iki oyun Avstriya toplanışı çərçivəsində gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi