Yuxarı

"Zirə" və "Sabah" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıblar - YENİLƏNİB

"Zirə" və "Sabah" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıblar - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sabah” I Divizionda yarışan “Qaradağ Lökbatan”ı 5 cavabsız qolla məğlub edib.

Matçda hesabı 29-cu dəqiqədə penaltidən Ulis Diallo açıb. Məhəmməd Mirzəbəyov 61-ci, Arsen Ağcabəyov 70-ci dəqiqədə fərqlənib. Rocer Roxas isə 82-ci və 90+3-cü dəqiqələrdə dubl edib.

“Sabah” 1/4 finalda yarışın sonuncu qalibi “Qəbələ” ilə üz-üzə gələcək. Əyalət təmsilçisinin meydan sahibi olacağı ilk matç 15/16 dekabrda, cavab görüşü isə 19/20 dekabrda keçiriləcək.

Qeyd edək ki, ötən gün “Kəpəz”i 3:1 hesabı ilə üstələyən “Keşlə” 1/4 finalda “Qarabağ”a rəqib olub. Bu gün isə “Qaradağ Lökbatan”ı 4 cavabsız qolla udan “Zirə” isə “Səbail” ilə görüşəcək.


15:53***

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, Premyer Liqa təmsilçisi “Zirə” I Divizionda çıxış edən “Qaradağ Lökbatan”ı böyük hesabla məğlub edib - 4:0. Matçda hesabı 45-ci dəqiqədə penaltidən Elvin Məmmədov açıb. Müşfiq İlyasov 55-ci, Xulio Sezar Rodriges 69-cu, İbrahim Aslanlı isə 78-ci dəqiqədə fərqlənib.

“Zirə” 1/4 finalda “Səbail” ilə qarşılaşacaq. “Dənizçilər”in meydan sahibi olacağı ilk matç 15/16 dekabrda, cavab görüşü isə 19/20 dekabrda keçiriləcək.

Qeyd edək ki, ötən gün “Kəpəz”i 3:1 hesabı ilə üstələyən “Keşlə” 1/4 finalda “Qarabağ”a rəqib olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi