Azərbaycanın 2 klubu Premyer Liqada yeni rekorda imza atıb

Azərbaycanın 2 klubu Premyer Liqada yeni rekorda imza atıb "Qarabağ" "Zirə"nin rekordunu rekordla unutdurub
Futbol
11 Aprel , 2016 10:48
Azərbaycanın 2 klubu Premyer Liqada yeni rekorda imza atıb

Bakı. 11 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün yeni rekordu qeydə alınıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb.

Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf edib. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönüb. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.

Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqilə yenib – 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn “Zirə” bu dəfə daha məhsuldar olub.

“Qarabağ” isə ardıcıl 6-cı qələbəsini qazanıb. “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası sonuncu dəfə XXIII turun “İnter”lə oyununda xal itirib – 1:1. Bununla da Ağdam klubu mövsümün rekordunu yeniləyib. Əvvəlki rekord XIX - XXIII turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus olub.

XXIV turda məhz “Zirə”nin qələbə seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1) və “Xəzər Lənkəran”ı (2:1) məğlub edib.

Son xəbərlər

Orphus sistemi