"Zirə" və "İnter" 2 top fərqli qələbə qazanıblar

"Zirə" və "İnter" 2 top fərqli qələbə qazanıblar Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub
Futbol
30 Oktyabr , 2016 18:01
Zirə və İnter 2 top fərqli qələbə qazanıblar

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. 

"Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçirilib. Hər iki matç meydan sahiblərinin 2 top fərlqi qələbəsi ilə nəticələnib.

Günün ilk oyununda "Zirə" Gəncənin "Kəpəz" klubunu qəbul edib. Qonaqlar bu matçda həm xal, həm də kapitanı Tural Axundovu itiirblər. Belə ki, təcrübəli müdafiəçi birbaşa qırmızı vərəqə aldığından ən azı 2 oyun meydana çıxa bilməyəcək. Oyunun qəhrəmanı isə "Zirə"nin yarımmüdafiəçisi Cavid Tağıyev olub. Belə ki, gənc futbolçu həm qol verib, həm də penaltini qazanıb. Bu zərbəni isə uzun fasilədən sonya yaşıl meydana qayıdan kapitanı, "Qarabağ"da da komanda yoldaşı olmuş Elvin Məmmədov dəqiq yerinə yetirib.

Turun son görüşündə isə Bakının "İnter" klubu "Sumqayıt"ı qəbul edib. "Bankirlər" bu matçda əzmkar qələbə qazanmağı bacarıb. "Sumqayıt" artıq 2-ci dəqiqədə gənc futbolçusu Mirabdulla Abbasovla hesabı açsa da, meydan sahiblərini hələ fasiləyədək gürcü müdafiəçisi Zurab Xizanaşvilinin sayəsində tarazlığı bərpa edə bilib. İkinci hissədə isə kapitan Nizami Hacıyev etdiyi dublla komandasına növbəti qələbəni qazandırıb.

Azərbaycan Premyer Liqası, X tur

30 oktyabr

14:00. "Zirə" - "Kəpəz" - 2:0

Qollar: Cavid Tağıyev, 69, Elvin Məmmədov, 82-pen

Qırmızı vərəqə: Tural Axundov, 69 ("Kəpəz", birbaşa)

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu

16:00. "İnter" - "Sumqayıt" - 3:1

Qollar: Zurab Xizanayşvili, 27, Nizami Hacıyev, 55, 80 - Mirabdulla Abbasov, 2

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

"İnter Arena"

Turun ilk oyun günündə "Qəbələ" evdə "Neftçi"ni 4:1, "Qarabağ" isə səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi