"Zirə" - "Sumqayıt" oyunundan sonra insident baş verib - VİDEO

"Zirə" - "Sumqayıt" oyunundan sonra insident baş verib - VİDEO Futbolçular arasında gərginlik yaşanıb
Futbol
27 Fevral , 2017 21:20
Zirə - Sumqayıt oyunundan sonra insident baş verib - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ "Zirə" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XX tur matçından sonra insident baş verib.

"Report"un məlumatına görə, qonaqların kapitanı Vurğun Hüseynov meydan sahiblərinin futbolçusu Yovan Krnetanın üzərinə hücum edib.

Krneta buna elə əhəmiyyət verməsə də, Hüseynovu komanda yoldaşları çətinliklə saxlaya biliblər.

Qeyd edək ki, oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi