Yuxarı

"Zirə" klubu serbiyalı futbolçusu ilə vidalaşıb

"Zirə" serbiyalı futbolçu ilə vidalaşıb

“Zirə” klubu legioner futbolçularından biri ilə vidalaşıb.

Bu barədə “Report”a komandanın baş məşqçisi Samir Abbasov məlumat verib. Onun sözlərinə görə, müqavilə müddəti başa çatan serbiyalı müdafiəçi Miloş Radivoyeviçlə yeni sözləşmə imzalanmayacaq.

Abbasov deyib ki, mövsüm başa çatandan sonra qapıçı Kamal Bayramov, müdafiəçi Sadiq Quliyev və hücumçu Pərdis Fərcad-Azadla da yollarını ayırıblar: “Hazırda transfer məsələsi ilə məşğuluq. Bütün əcnəbi oyunçularla müqavilələrin müddəti başa çatıb. Onlara yeni sözləşmə təklif etməyi düşünürük. Lakin uyğun variantlar olarsa, onlardan daha bir neçəsi ilə vidalaşa bilərik. Qapıçı mövqeyinə də legioner gətirməyi düşünürük. Əsas problem yerli futbolçularla bağlıdır. Yaxşı oyunçu tapmaq çətindir”.

Qeyd edək ki, “Zirə” Premyer Liqanın son mövsümünü 31 xalla 5-ci pillədə başa vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi