"Zirə" "Səbail"lə heç-heçə edib

"Zirə" "Səbail"lə heç-heçə edib Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir oyun keçirilib.
Futbol
14 Mart , 2018 19:14
Zirə Səbaillə heç-heçə edib

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir oyun keçirilib.

"Report" xəbər verir ki, ikinci oyun gününün ilk matçı "Zirə" və "Səbail" komandaları arasında olub. 

Qarşılaşmada hesabı 17-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Riçard Qadze açıb.

Fasilədən sonra qonaqların heyətində Nikoloz Apakidze fərqlənib. Gürcüstanlı futbolçunun 54-cü dəqiqədə vurduğu qol oyunda sonuncu olub - 1:1.

Qeyd edək ki, bu heç-heçədən sonra 3-cü pillədəki "Zirə" xalını 33-ə çatdırıb. "Səbail" isə 18 xalla 6-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi