"Zirə" - "Qəbələ" matçında səhvə yol verən hakim 5 oyunluq cəzalanıb

"Zirə" - "Qəbələ" matçında səhvə yol verən hakim 5 oyunluq cəzalanıb Xaqani Məmmədov: "3000 manat itirəcəklər"
Futbol
16 Fevral , 2017 12:36
Zirə - Qəbələ matçında səhvə yol verən hakim 5 oyunluq cəzalanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim Zeynal Zeynalov Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında səhvlərə yol verdiyi üçün cəzalandırılıb. Bu barədə "Report"a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O, yan xətt hakiminin qarşıdakı 5 görüşdən kənarda qalacağını açıqlayıb. 

Görüşün baş hakimi Əliyar Ağayev isə heç bir cəzaya məruz qalmayıb. X.Məmmədovun fikrincə, FİFA referisi həmin görüşü yüksək səviyyədə idarə edib: "Baş hakim üçün epizodu görmək çətindirsə, o, laynsmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən, Zeynal Zeynalov ağır cəzaya məruz qalıb".

X.Məmmədov bildirib ki, artıq Premyer Liqa matçlarında səhvə yol vermiş hakimlər əvəzedicilərin çempionatına və ya I Divizionun oyunlarına təyinat almayacaqlar: "Bu ildən cəzaları ağırlaşdırmışıq. Əvvələr Premyer Liqada səhvə yol verən hakimləri formalarını itirməmək üçün əvəzedicilərin çempionatına və ya I diviziona göndərirdik. Daha belə hallar olmayacaq. Səhvə yol verənlər 5 oyunluq cəzalanacaqlar. Yəni, nöqsanı olan təxminən 1 ay kənarda qalacaq. Bunu da qonorara çevirəndə, 3 minə yaxın pul edir". 

Qeyd edək ki, Zeynal Zeynalov "Qəbələ" ilə qarşılaşmanın uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurduğu epizodda qayda pozuntusunu qeydə almayıb. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Zeynal Zeynalovun dəfələrlə "qırmızı-qaralar"a qarşı qərəzli davrandığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi