"Zirə" "Qəbələ" matçında qalib müəyyənləşməyib

"Zirə" "Qəbələ" matçında qalib müəyyənləşməyib Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Futbol
6 Oktyabr , 2019 19:54
Zirə Qəbələ matçında qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, eyniadlı komanda Zirə qəsəbə stadionunda "Qəbələ"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hər iki qol ikinci hissədə vurulub. Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvü İsgəndərov "Qəbələ"ni hesabda irəli çıxarıb. Bundan cəmi 3 dəqidə sonra İlkin Muradov tarazlığı təmin edib.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Zirə" 5-ci pillədə qalıb. "Qəbələ" isə 5 xalla 7-ci pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi