"Zirə"nin zədəli kapitanı yaşıl meydanlara qayıdacağı tarixi açıqlayıb

"Zirə"nin zədəli kapitanı yaşıl meydanlara qayıdacağı tarixi açıqlayıb Anar Nəzirov: "Həkimlər deyiblər ki, bərpa dövrünü keçməyin lazımdır"
Futbol
12 Yanvar , 2018 16:16
Zirənin zədəli kapitanı yaşıl meydanlara qayıdacağı tarixi açıqlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ "Zirə" futbol klubunun qapıçısı Anar Nəzirov yanvarın 15-dən kollektiv məşqlərə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə 33 yaşlı qolkiperin özü açıqlama verib.

Komandanın kapitanı bildirib ki, yaşıl meydanlara dönüşü hazırlıq prosesinin gedişindən asılı olacaq. Nəzirov ciddi problem olmasa, mövsümün ikinci yarısının startınadək hazır vəziyyətə çatacağını vurğulayıb: "İnanmıram ki, problem ortaya çıxsın. Amma həkimlər deyiblər ki, bərpa dövrünü keçməyin lazımdır. Ən önəmli məsələlərdən biri budur".

Qeyd edək ki, Anar Nəzirov sonuncu dəfə 2017-ci il oktyabrın 1-də "Qarabağ"la qolsuz tamamlanan Premyer Liqanın VII tur matçında start heyətdə yer alıb.

Son xəbərlər

Orphus sistemi