"Zirə"nin yeni transferi: "Belə rəqabətlərə öyrəşmişəm"

"Zirə"nin yeni transferi: "Belə rəqabətlərə öyrəşmişəm" Bakı. 1 fevral. REPORT.AZ/ Gəldiyim gündən şəhər və komanda yoldaşlarımla tanışlığım davam edir. Düzü, əvvəldən nə ölkə, nə də Azərbaycan futbolu haqqında məlumatlı idim. Bakı çox xoşuma gəlir.
Futbol
1 Fevral , 2019 12:22
Zirənin yeni transferi: Belə rəqabətlərə öyrəşmişəm

Bakı. 1 fevral. REPORT.AZ/ "Gəldiyim gündən şəhər və komanda yoldaşlarımla tanışlığım davam edir. Düzü, əvvəldən nə ölkə, nə də Azərbaycan futbolu haqqında məlumatlı idim. Bakı çox xoşuma gəlir".

Bunu "Report"a açıqlamasında "Zirə" komandasının yeni transferi Xulio Rodriges qəsəbə təmsilçisinə keçidi barədə danışarkən deyib. 

Paraqvaylı futbolçu "Zirə"nin çox yaxşı kollektiv olduğunu vurğulayıb. O, komandanın uğurları üçün əlindən gələni edəcəyini söyləyib.    

29 yaşlı hücumçu 2018-ci ildə altı ay "Neftçi"nin formasını geyinmiş Fransisko Qarsiyadan bəzi informasiyaları aldığını bildirib: "Dostum şəhər, klubların hansı səviyyədə olması ilə bağlı danışdı. Bu isə mənim "Zirə"yə gəlməyimə səbəb oldu. O, mənə xoş sözlər dedi. Təəssüratları çox yaxşı idi".

Rodriqes komandada yetərincə hücumçunun olmasına baxmayaraq rəqabətə hazır olduğunu bəyan edib: "Mən belə rəqabətlərə öyrəşmişəm. Komanda yoldaşı olduğumuza görə düşünürəm ki, sağlam rəqabət olacaq".

Cənubi amerikalı oyunçu "Zirə" ilə Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesində iştirak etməyib. Bununla belə, təcrübəli oyunçu heyətə düşməkdə çox çətinlik çəkməyəcəyini vurğulayıb: "Anlayıram ki, qış toplanışında olmamışam, lakin heyətə düşmək üçün çox və səbrlə çalışmaq lazımdır. Düşünürəm ki, mən də buna nail ola biləcəyəm".

Qeyd edək ki, "Zirə" Xulio Rodrigeslə 6 ay + 1 illik müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi