“Zirə”nin yay hazırlıq planı müəyyənləşib

“Zirə”nin yay hazırlıq planı müəyyənləşib Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” komandasının yay hazırlıq planı müəyyənləşib.
Futbol
11 İyun , 2018 12:32
“Zirə”nin yay hazırlıq planı müəyyənləşib

Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” komandasının yay hazırlıq planı müəyyənləşib.

Bu barədə “Report”a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. 37 yaşlı mütəxəssis bildirib ki, komanda iyunun 22-də Bakıda bir araya gələcək: “Əvvəlcə paytaxtda 2 həftəlik təlim-məşq toplanışımız olacaq. Bu müddətdə 2 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İyulun 15-də isə Türkiyənin Bolu bölgəsinə yollanacağıq. Orada 2 həftəlik hazırlıq dönəmi üçün 4 yoxlama matçı nəzərdə tutmuşuq. Rəqiblərimiz hələlik bilinmir”.

Qeyd edək ki, son mövsümdə Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan “Zirə” klubu avrokuboka vəsiqə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi