"Zirə"nin yay hazırlıq planı müəyyənləşib

"Zirə"nin yay hazırlıq planı müəyyənləşib “Zirə” futbol komandasının yay təlim-məşq toplanışının planı bəlli olub.
Futbol
19 İyun , 2019 11:54
Zirənin yay hazırlıq planı müəyyənləşib

“Zirə” futbol komandasının yay təlim-məşq toplanışının planı bəlli olub. 

"Report"un məlumatına görə, "qartallar"ın hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ Bakıda 21 iyun – 19 iyulda gerçəkləşəcək. Bu müddətdə 4 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, iyulun 13-də “Keşlə” olacaq. İyulun 19-daki rəqibin kimliyinə hələ aydınlıq gəlməyib.

Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərinə təyin edilib. “Zirə” 20 iyul – 4 avqustda qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Komanda burada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi