"Zirə"nin sabiq futbolçusu tarixi hadisəyə şahidlik etdi - VİDEO

"Zirə"nin sabiq futbolçusu tarixi hadisəyə şahidlik etdi - VİDEO Avstraliyanın Adelaida Yunayted klubunun futbolçusu Məhəmməd Ture rekorda imza atıb.
Futbol
14 Fevral , 2020 16:20
Zirənin sabiq futbolçusu tarixi hadisəyə şahidlik etdi - VİDEO

Avstraliyanın "Adelaida Yunayted" klubunun futbolçusu Məhəmməd Ture rekorda imza atıb.

"Report"un məlumatına görə, 15 yaşlı futbolçusu əsas çempionatda "Sentral Kost Mariners"lə matçda qol vuraraq tarixə düşüb.

Hücumçu 77-ci dəqiqədə oyuna daxil olub və 7 dəqiqə sonra qol vurub. Məhəmməd Ture Avstraliya çempionatının tarixində qol vuran ən gənc oyunçu adına yiyələnib. Əvvəlki rekord 17 yaşlı futbolçuya məxsus idi.

Qeyd edək ki, qarşılaşma "Adelaida Yunayted"in qələbəsi ilə yekunlaşıb. Məhəmməd Turenin mart ayında 16 yaşı olacaq. Rəqib komanda "Sentral Kost Mariners"in heyətində "Zirə"nin sabiq futbolçusu Milan Düriç də çıxış edir. Serbiyalı yarımmüdafiəçi 73-cü dəqiqədə meydana daxil olub. 

Son xəbərlər

Orphus sistemi