Yuxarı

"Zirə"nin baş məşqçisi: "Qırmızı vərəqə alan futbolçularımıza qarşı tədbir gördük"

"Zirə"nin qapıçısı sıraya dönüb, 3 futbolçu "Qarabağ"la matçı buraxaca
© pfl.az

"Zirə" komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ"a qarşı keçirəcəyi oyuna da futbolçu itkiləri ilə çıxacaq.

Qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimovun "Report"a verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxaq. 

Bundan başqa, ötən tur səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb.

Zədəsini sağaldan Orxan Sadıqlı isə sıraya dönüb.

Qeyd edək ki, fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi