"Zirə"nin qapıçısı: "Rəşad Sadıqov kimi insan Allaha and içirsə, mənim danışmağımın mənası yoxdur" - MÜSAHİBƏ

"Zirə"nin qapıçısı: "Rəşad Sadıqov kimi insan Allaha and içirsə, mənim danışmağımın mənası yoxdur" - MÜSAHİBƏ Anar Nəzirov: "Qırmızı vərəqə doğru qərar idi"
Futbol
18 Fevral , 2017 19:44
Zirənin qapıçısı: Rəşad Sadıqov kimi insan Allaha and içirsə, mənim danışmağımın mənası yoxdur - MÜSAHİBƏ

Bakı. 18 fevral. REPORT.AZ/ “Zirə”nin qapıçısı Anar Nəzirov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “İnter”lə 1:1 hesablı heç-heçə etdikləri və 74-cü dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyduğu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Qırmızı vərəqə doğru qərar idi?

- Bəli.

- Yəqin ona görə etiraz etmədiniz...

- Düzdür, vaxtı yubatmaq üçün bir az mübahisə elədim, 10 nəfərlə qalmışdıq. Ancaq səmimi deyirəm, top əlimə dəymişdi. Son adam mən qaldığım üçün məcbur qaldım.

- Komanda yoldaşınız Yovan Krnetanın geriyə ötürməsini də tutdunuz...

- Xeyr, ötürmə deyildi, sürüşmə idi.

- Bu gün də hakim səhvləri oldu. Bu barədə nə deyə bilərsiniz?

- Nə bilim, o qədər səhv olur ki, hakimlər təzyiq altındadırlar. Oyunu istədikləri kimi idarə edə bilmirlər. İndi ən populyar insanlar hakimlərdir. Əlbəttə, onlar da belə olmasın istəməzlər. Kim istəyər ki, 5 tur cəza alsın? Çörək qazandıqları yer buradır. Səhvlərin olması çox söz-söhbət yaradır.

- Oyundan sonra “İnter”in mühafizəçiləri ilə aranızda yaşanan insidenti necə qiymətləndirirsiniz?

- Dəqiq bilmədim. Eşitdiyimə görə, mühafizəçilər futbolçumuza qarşı hörmətsizlik edib. Diqqətli olsalar, daha yaxşı olar.

- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun “Zirə” ilə “qardaş” olmağı iddiası barədə ətraflı danışdı. Siz nə düşünürsünüz?

- “Qəbələ” ilə matçın son dəqiqəsi idi. Məcbur idik xal götürək. Baş məşqçimiz mənə dedi ki, irəli get. Qol vuracağımıza inam vardı. Qol vurduq, sevindik.

“Qəbələ” kimi komandadan son dəqiqə qolu ilə xal almışıq, nəyə görə sevinməyək? O ki qaldı Rəşad Sadıqova, o cür insan Allaha and içirsə, mənim danışmağımın mənası yoxdur. Mən də deyirəm ki, elə bir şey varsa, Allah mənim bəlamı versin.

Son xəbərlər

Orphus sistemi