Yuxarı

"Zirə"nin legioneri: "Qapımıza təyin olunmuş penalti qərəzli idi"

"Zirə"nin legioneri: "Qapımıza təyin olunmuş penalti qərəzli idi"

"Oyuna yaxşı başladıq. Bir neçə futbolçumuz, xüsusən, Xulio Rodriges qol imkanlarından yararlana bilmədi. İkinci hissədə isə nə olduğunu bilmədik. Bəlkə də gücümüz çatmadı. Nəticədə boş zonalar verməyə başladıq və penaltidən qol buraxdıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Şefik Tiqruca səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, qol epizodundan əvvəl penalti olmayıb: "Məncə, referinin qərarı qərəzli idi. Çünki daha əvvəl top "Səbail"in oyunçusunun əlinə toxunmuşdu. Bu qərar matçın taleyini həll etdi. Sonradan bərabərlik qolunu vura bilmədik".

27 yaşlı oyunçu görüşə tam hazır olmadıqları fikri ilə razılaşmayıb. O, ilk yarıda qol vəziyyətlərindən yararlana bilməmələrinin ikinci hissədə komandaya psixoloji təsir etdiyini söyləyib: "Bunun üstünə gələn hakim qərarından sonra əsəblərimiz tarıma çəkildi. Bu səbəbdən, ikinci hissədə heç də yaxşı oyun göstərə bilmədik".

Təcrübəli legioner baş məşqçi Samir Abasovun kənardan futbolçulara qışqırmasının oyuna mənfi təsirini inkar edib. Onun sözlərinə görə, sadə səhvlər və top itkilərinin Abasovun aqressiv reaksiyasına səbəb olması normaldır. Mən belə epizodlardan birində ona haqlı olduğunu söylədim".

Tiqruca növbəti turda "Neftçi" ilə keçirəcəkləri görüş barədə də danışıb: "Rəqib çempionatımızın yaxşı komandalarından biridir. Biz heç bir rəqibdən asılı olmadan sırf qələbə üçün meydana çıxırıq. Fərqi yoxdur: Bu, "Neftçi"dir, yoxsa "Qarabağ". Rəqibə deyə bilmərik ki, sən güclüsən, biz uduzacağıq. Öncədən məğlubiyyətlə barışmırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi