"Zirə"nin hücumçusu Hindistan klubu ilə müqavilə bağlayıb

"Zirə"nin hücumçusu Hindistan klubu ilə müqavilə bağlayıb 25 yaşlı forvard yeni komandasına oktyabrda qoşulacaq
Futbol
19 Avqust , 2017 10:23
Zirənin hücumçusu Hindistan klubu ilə müqavilə bağlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ "Zirə" klubunun futbolçusu Kerven Belfor Hindistanda yeni yaradılmış "Jamşedpur" klubu ilə müqavilə bağlayıb. "Report"un "Jamşedpur"un rəsmi "Twitter" səhifəsinə istinadən məlumatına görə, haitili hücumçu bir illik anlaşmaya imza atıb.

25 yaşlı forvard yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.

Belfor "Zirə"də iyunun 16-dan çıxış edir. O, həmin vaxt 1+1 illik müqaviləyə imza atıb. Haiti millisinin futbolçusu Azərbaycan klubunun heyətində Avropa Liqası matçlarında da iştirak edib və 1 qol vurub. Belfor Azərbaycan Premyer Liqasının ilk turunda "Səbail"lə qarşılaşmada 70-ci dəqiqədən etibarən meydanda olub.

Qeyd edək ki, "Jamşedpur" 12 may 2017-ci ildə yaradılıb. Hindistan Super Liqasında bu mövsümdən iştirakçı komandaların sayı 10-dan 12-yə çatdırılıb. Həmin 2 vəsiqədən birini məhz Carxand komandası əldə edib.

Son xəbərlər

Orphus sistemi