“Zirə”nin futbolçusu: "Qarabağ”a qarşı oynamaq çətindir"

“Zirə”nin futbolçusu: "Qarabağ”a qarşı oynamaq çətindir" “Zirə” komandasının futbolçusu Riçard Qadze Premyer Liqanın XI turunda “Qarabağ”la heç-heçə etdikləri matçdan sonra brifinq keçirib.
Futbol
10 Noyabr , 2019 23:30
“Zirə”nin futbolçusu: Qarabağ”a qarşı oynamaq çətindir

“Zirə” komandasının futbolçusu Riçard Qadze Premyer Liqanın XI turunda “Qarabağ”la heç-heçə etdikləri matçdan sonra brifinq keçirib.

“Report”un məlumatına görə, hücumçu öncə oyunla bağlı fikirlərini bölüşüb.

“Komandamı nəticəyə görə təbrik edirəm. Yaxşı xarakter göstərdik. Unutmayaq ki, çətin rəqiblə oynadıq. Bir xala görə təbrik düşür”.

- Bunu “Zirə” üçün 3 xal hesab etmək olar?

-Mənim fikrimcə, olar. Biz geri durumda idik, amma fasilədən sonra bərabərlik əldə etdik. Hətta ikinci qolu da vura bilərdik. Bu nəticə təqdirəlayiqdir.

-“Zirə”yə ikinci dəfə keçdinizassistlər edib, qollar vurursunuz. Düşünmürsünüz ki, komandaya gec qoşuldunuz?

-Mənim üçün yaxşı haldır. “Zirə”yə minnətdaram ki, bura dəvət etdilər. Formada deyildim, 3 ay idi ki, futboldan kənar qaldım. Baş məşqçiyə etimad göstərdiyi üçün təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.

-Asmir Beqoviçə qol vurmaq necə hissdir? Onun ayaqları arasından topu tora qovuşdurdunuz

-Mən sadəcə cəhd etdim. Hücumçuyam, evdə olduğum günlərdə futbola baxıram. Beqoviçin ilk addımını atdığı anda bir az da gözləsəydim, bəlkə də, gecikəcəkdim. Fürsətdən anında istifadə etdim.

-“Zirə” “Qarabağ”ı məğlub edə bilmir. Bunun üçün nə çatmır?

-Müsahibələrimdə hər zaman demişəm ki, “Qarabağ” əla komandadır. Onlara qarşı oynamaq çətindir. Bu nəticə də uğurludur. “Qarabağ” güclü olmaqda davam edir.

- Çempionatım bombardirinin 5 qolu var. Ona çata bilərsiniz?

- Şəxsi uğurların önəmi yoxdur. “Zirə”yə kömək üçün gəlmişəm. Qol vurmaq xoşdur, amma komandanın durumu məni daha çox maraqlandırır.

Son xəbərlər

Orphus sistemi