"Zirə"nin futbolçusu: "Mərhələ keçmək üçün yaxşı şanslara malikik"

"Zirə"nin futbolçusu: "Mərhələ keçmək üçün yaxşı şanslara malikik" "Qapımda neft buruqları olmasa da, dəniz suyunda neft iyini hiss etdim"
Futbol
13 İyul , 2017 11:43
Zirənin futbolçusu: Mərhələ keçmək üçün yaxşı şanslara malikik

Bakı. 13 iyul. REPORT.AZ/ "Komandamızda kifayət qədər səviyyəli futbolçular var. Mərhələ keçmək üçün yaxşı şanslara malikik". 

"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Qabriel Matey Rumıniya "Astra"sı ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib. 27 yaşlı müdafiəçi bildirib ki, komandada olduğu iki həftə ərzində yaxşı hazırlıq keçiblər: "Ümidvaram ki, iki oyunluq mübarizənin yekununda sevinən tərəf biz olacağıq".

Yeni transfer "Zirə"yə keçənədək heç bir məlumata malik olmadığını, amma Bakıda olarkən valeh olduğunu dilə gətirib: "Bakı Dubay kimi çox gözəl şəhərdir. Bu seçimimə görə sevinirəm. Qapımda neft buruqları olmasa da, dəniz suyunda neft iyini hiss etdim. Bu da neft ölkəsi üçün normal haldır".

Qeyd edək ki, bu gün Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda keçiriləcək "Astra" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cavab görüşü iyulun 20-də Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi