Bakı. 3 sentyabr.
Komanda üzvləri avqustun 24-dən Bakıda təlim-məşq toplanışındadırlar. Hazırlıq prosesi ərzində keçirilən 2 yoxlama oyununda Nağıyev imkanlarından aşağı səviyyədə çıxış edib. Nəticədə Vahabzadə onu yığmanın toplanışından klubunun düşərgəsinə göndərib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 6-da Farer adaları yığması ilə Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək görüş saat 18:00-da başlanacaq.