"Zirə"nin baş məşqçisi: "Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik"

"Zirə"nin baş məşqçisi: "Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik" Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq.
Futbol
15 Dekabr , 2019 19:09
Zirənin baş məşqçisi: Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik

"Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Otuz səkkiz yaşlı mütəxəssis bildirib ki, görüş kifayət qədər stressli olub: "Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".

Son xəbərlər

Orphus sistemi