"Zirə"nin baş məşqçisi: "İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq"

"Zirə"nin baş məşqçisi: "İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq" "Bu hesabla məğlub olmaq istəməzdik"
Futbol
13 İyul , 2017 23:54
Zirənin baş məşqçisi: İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq
Ayxan Abbasov

Bakı. 13 iyul. REPORT.AZ/ "Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Rumıniyada "Astra"ya 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis futbolçularının əzmkarlığının qaneedici olduğunu bildirib:

"Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, təkrar qarşılaşma iyulun 20-də "Dalğa Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi