"Zirə"nin baş məşqçisi: "Buradan birbaşa Belarusa gedirəm"

"Zirə"nin baş məşqçisi: "Buradan birbaşa Belarusa gedirəm" "AZAL-a azarkeşlik etmək bir az pis çıxır"
Futbol
10 Aprel , 2017 17:33
Zirənin baş məşqçisi: Buradan birbaşa Belarusa gedirəm

Bakı. 10 aprel. REPORT.AZ/ "Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. Yüzfaizli qol epizodlarımız olsa da, yararlana bilmədik".

"Report"un məlumatına görə, bunu Zirə" komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 36 yaşlı mütəxəssis ən azı bürünc medalı təmin etdikləri üçün "İnter”i təbrik edib. O, "bankir"lə görüşlərinin həmişə gərgin keçdiyini bildirib: "Bundan öncəki 3 matçda da bu komanda ilə bərabərə qalmışdıq. Bundan sonra hər xal qızıla bərabərdir. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq".

Abbasov komandasının Avropa Liqasına vəsiqə şanslarını da dəyərləndirib: "Klub olaraq, ötən mövsüm də avrokuboklara hazır idik. İndi de nə lazımdırsa, edirik. Ən yaxın izləyicimiz olan "Sumqayıt"a qarşı oyunda AZAL-a azarkeşlik etmək bir az pis çıxır. Biz öz oyunlarımızı düşünürük. Əsas məsələ "Sumqayıt" və "Neftçi" ilə özümüzün keçirəcəyimiz görüşlərdir. Ümid edirəm ki, 4-cü yeri tutub, Avropa Liqasına vəsiqə əldə edəcəyik".

Gənc mütəxəssis Pro kateqoriyalı məşqçi lisenziyası almaq üçün birbaşa Belarusa gedəcəyini də əlavə edib. 

Son xəbərlər

Orphus sistemi