Yuxarı
    Bağlamaq

    “Zirə” komandasının Avropa Liqasındakı oyununu belaruslu hakimlər idarə edəcəklər

    “Astra” ilə görüşün referisi Sergey Tsinkeviç olacaq

    Bakı. 10 iyul. REPORT.AZ/ “Zirə” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Rumıniya təmsilçisi “Astra” ilə ilk matçını belaruslu hakimlər idarə edəcəklər.

    “Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın referisi Sergey Tsinkeviç olacaq. Ona Vitali Malyutin və Yevgeni Romanov kömək edəcəklər. Görüşün dördüncü hakimi isə Viktor Şimusikdir.

    Qeyd edək ki, iyulun 13-də “Marin Anastasoviç” stadionunda keçiriləcək “Astra” – “Zirə” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi