"Zirə" klubunun futbolçusu Rəşad Sadiqov komandadan kənarlaşdırılıb

"Zirə" klubunun futbolçusu Rəşad Sadiqov komandadan kənarlaşdırılıb 34 yaşlı futbolçu intizamsız davranışına görə komandadan xaric edilib
Futbol
24 İyul , 2017 12:36
Zirə klubunun futbolçusu Rəşad Sadiqov komandadan kənarlaşdırılıb

Bakı. 24 iyul. REPORT.AZ/ "Zirə" klubu yarımmüdafiəçisi Rəşad Sadiqovu komandadan kənarlaşdırıb.

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas komandanın baş məşqçi Ayxan Abbasov bu haqda rəhberliyə təqdimat ünvanlayıb.

34 yaşlı futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.

Qeyd edək ki, Rəşad Sadiqov bu il mayın 29-da “Zirə” ilə bir illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi