Yuxarı

"Zirə" klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib

Komandaya İlham Qurbanov rəhbərlik edəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ "Zirə" futbol klubunun əvəzedicilərdən ibarət komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib. Bu barədə "Report"a klubun əsas komandasının baş məşqçisi Ayxan Abbasov məlumat verib.

O, bildirib ki, 17 yaşadək futbolçularla işləyən İlham Qurbanov bu gündən əvəzedici komandaya rəhbərlik edəcək. İ.Qurbanovla mövsümün sonunadək anlaşma əldə olunub. Təyinat bu gün gerçəkləşib.

Qeyd edək ki, bu vəzifəni əsas komandaya baş məşqçi təyin olunana qədər Ayxan Abbasov yerinə yetirib. A.Abbasov isə Adil Şükürovu əvəzləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi