"Zirə" klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib

"Zirə" klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib Komandaya İlham Qurbanov rəhbərlik edəcək
Futbol
9 Yanvar , 2017 13:07
Zirə klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib

Bakı. 9 yanvar. REPORT.AZ/ "Zirə" futbol klubunun əvəzedicilərdən ibarət komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib. Bu barədə "Report"a klubun əsas komandasının baş məşqçisi Ayxan Abbasov məlumat verib.

O, bildirib ki, 17 yaşadək futbolçularla işləyən İlham Qurbanov bu gündən əvəzedici komandaya rəhbərlik edəcək. İ.Qurbanovla mövsümün sonunadək anlaşma əldə olunub. Təyinat bu gün gerçəkləşib.

Qeyd edək ki, bu vəzifəni əsas komandaya baş məşqçi təyin olunana qədər Ayxan Abbasov yerinə yetirib. A.Abbasov isə Adil Şükürovu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi