"Zirə" klubuna prezident təyin olunub

"Zirə" klubuna prezident təyin olunub Orxan Məmmədov isə fəxri prezident seçilib
Futbol
14 Sentyabr , 2017 15:12
Zirə klubuna prezident təyin olunub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Zirə" klubunun rəhbərliyində dəyişiklik edilib. 

"Report"un məlumatına görə, klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov fəxri prezident seçilib. 

O.Məmmədov “Zirə”nin yaradılmasının əsas təşəbbüskarı olub. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov isə klubun prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, "Zirə" futbol klubu 2014-cü ildə təsis edilib. 

Son xəbərlər

Orphus sistemi