"Zirə" klubunun üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

"Zirə" klubunun üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib Aviasiya Akademiyasında I Divizionda mübarizə aparan “Zirə” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Futbol
5 Noyabr , 2019 16:35
Zirə klubunun üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Aviasiya Akademiyasında I Divizionda mübarizə aparan “Zirə” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. 

Seminar iştirakçılarına "İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya"ya, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"nə, "Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanunu"na bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verilib. 

Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə (http://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967) daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər.

Son xəbərlər

Orphus sistemi