"Zirə" klubu "Sumqayıt"ı məğlubiyyətə uğradıb - VİDEO

"Zirə" klubu "Sumqayıt"ı məğlubiyyətə uğradıb - VİDEO Azərbaycan Premyer Liqasında XX turun ilk oyun günündə hər iki matç eyni hesabla yekunlaşıb
Futbol
27 Fevral , 2017 20:07
Zirə klubu Sumqayıtı məğlubiyyətə uğradıb - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun ilk oyun günündə hər iki matç eyni hesabla yekunlaşıb. 

"Report"un məlumatına görə, "Neftçi"nin səfərdə AZAL-a minimal hesabla qalib gəldikdən sonra "Zirə" bunu "Sumqayıt"la ev oyununda gerçəkləşdirib. 

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmada yeganə topu 35-ci dəqiqədə Riçard Qadze vurub. Bununla da turnir cədvəlinin 4-cü pilləsində dəyişiklik baş verib. "Zirə" xallarını 26-ya yüksəldərək, həmin mövqeni ələ keçirib. "Sumqayıt" isə 25 xala beşinci pilləyə düşüb.

Son xəbərlər

Orphus sistemi