Yuxarı

"Zirə" klubu Samir Abasovu istefaya göndərib

"Zirə" klubu Samir Abasovu istefaya göndərib

Bu gün “Zirə” klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Bu, Premyer Liqada cari mövsümün 3-cü baş məşqçi istefası olub. Daha öncə Sənan Qurbanov “Qəbələ”dən, Elşad Əhmədov isə “Sabah”dan gedib.

Qeyd edək ki, Abasov ötən il avqustun 29-da “Zirə”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi