"Zirə" klubu legioneri ilə yollarını ayırıb

"Zirə" klubu legioneri ilə yollarını ayırıb Zirə klubu futbolçusu Robin Nqalande ilə yolları ayırıb.
Futbol
27 Yanvar , 2020 12:42
Zirə klubu legioneri ilə yollarını ayırıb

"Zirə" klubu futbolçusu Robin Nqalande ilə yolları ayırıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, malavili hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.Ona gələcək karyerasında uğurlar arzulanıb. 

Qeyd edək ki, 2019-cu ilin yanvarında "Zirə"yə keçən 28 yaşlı futbolçu 6 ay sonra klubla 2 illik yeni müqavilə imzalayıb. O, cari mövsüm 2-si kubok, 5-i Premyer Liqa olmaqla "Zirə"nin heyətində 7 oyunda meydana çıxıb. 

Son xəbərlər

Orphus sistemi