Yuxarı

​"Zirə" klubu "İnter"i məğlub edərək turnir cədvəlinin ikinci pilləsinə yüksəlib

Bakı derbisi ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqası çərçivəsində XIX tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son matçında paytaxtın iki klubu - "Zirə" və "İnter" üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada gülən tərəf zirəlilər olub. Oyunda hesabı ev sahibləri açıb. Lakin qonaqlar sonradan oyunda tarazlıq yarada biliblər. Yalnız matçın son dəqiqələrində Nurlan Novruzov komandasının qələbə topunu vura bilib - 2:1.

Azərbaycan Premyer Liqası, XIX tur

"Zirə"- "İnter" - 2-1

Qollar: 13 ' [1-0] Luis Alberto Diez, 48' [1-1] Abbas Hüseynov, 86 ' [2-1] Nurlan Novruzov.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi