"Zirə” klubu heyətini 4 futbolçu ilə gücləndirib

"Zirə” klubu heyətini 4 futbolçu ilə gücləndirib Tellur Mütəllimov, Mirsahib Abbasov, İbrahim Aslanlı və Elşən Abdullayev heyətə cəlb olunub
Futbol
30 Dekabr , 2017 17:12

Bakı. 30 dekabr. REPORT.AZ/ "Zirə” klubu heyətini 4 futbolçu ilə gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, "Qəbələ”dən Tellur Mütəllimov, "Keşlə”dən Mirsahib Abbasov, "Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayev heyətə cəlb olunub.

Mütəllimov və Aslanlı ilə 2,5 illik, Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1,5 illik müqavilə bağlanılıb. Abdullayev isə mövsümün sonuna qədər "Zirə”nin formasını geyinəcək.

Son xəbərlər

Orphus sistemi