​"Zirə" klubu Elvin Məmmədov transferini rəsmən açıqlayıb

​"Zirə" klubu Elvin Məmmədov transferini rəsmən açıqlayıb Yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb
Futbol
28 Yanvar , 2016 17:36
​Zirə klubu Elvin Məmmədov transferini rəsmən açıqlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ "Zirə" klubu qış transfer pəncərəsinin son günlərində heyətini daha bir futbolçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "Qarabağ"dan ayrılan Elvin Məmmədovdur.

Azərbaycan yığma komandasının da formasını geyən yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, Elvin Məmmədov "Qarabağ"dan başqa, Tovuzun "Turan", paytaxtın "İnter" və "Bakı" klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi