"Zirə” klubu “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib

"Zirə” klubu “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib Qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Qabriel Mateyin adını heyətə salıb
Futbol
29 İyun , 2017 12:42
Zirə” klubu “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib

Bakı. 29 iyun. REPORT.AZ/ "Zirə” klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib.

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumat görə, qəsəbə təmsilçisi yeni transferi - rumıniyalı müdafiəçi Qabriel Mateyin adını heyətə salıb. Bununla da “Zirə”nin avrokubok üçün futbolçu sayı 20-yə çatıb. Matey 14 nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, 27 yaşlı Qabriel Matey “Zirə” ilə "1+1” il şərti ilə müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi