“Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb

“Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb Riçard Qadze ilə 1,5 illik anlaşma əldə olunub
Futbol
31 Yanvar , 2017 21:39
“Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, əslən Qanadan olan hücumçu Riçard Qadzedir.

Klub 22 yaşlı oyunçu ilə 1,5 illik anlaşma əldə edib.

2012-ci ildə Qananın “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Qadze, həmçinin icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.

Son xəbərlər

Orphus sistemi