Yuxarı

"Zirə" "Keşlə"dən ayrılan hücumçunu heyətinə qatıb

"Zirə" "Keşlə"dən ayrılan hücumçunu heyətinə qatıb

Bakı. 23 iyul. REPORT.AZ/ “Zirə” klubu yay fasiləsində daha bir futbolçunu heyətinə qatıb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi “Keşlə”dən ayrılan Pərdis Fərcad-Azadla güclənib. 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanacaq. O, artıq hazırda Türkiyənin bolu bölgəsində təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir.

Qeyd edək ki, Almaniyada doğulan Pərdis Fərcad-Azad 2013-cü ildən dəvət aldığı Azərbaycan millisində 6 oyun keçirib. Yığmanın son matçlarına dəvət almayan forvard karyerası ərzində Almaniyanın “Karl Tseyss”, “Plauen”, “Berliner”, eləcə də “Sumqayıt” və “Keşlə”nin formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi