"Zirə" İsrail klubunun sabiq futbolçusu ilə güclənib

"Zirə" İsrail klubunun sabiq futbolçusu ilə güclənib O, Azərbaycan təmsilçisinə azad agent kimi keçib
Futbol
9 İyun , 2017 16:27
Zirə İsrail klubunun sabiq futbolçusu ilə güclənib

Bakı. 9 iyun. REPORT.AZ/ "Zirə" klubu növbəti futbolçu transferini həyata keçirib. 

Bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Gənc mütəxəssis yarımmüdafiəçi David Manqa Lembe ilə 2 illik müqavilə bağladıqlarını bildirib. 

3 fevral 1989-cu ildə Fransanın paytaxtı Parisdə doğulmuş Manqa PSJ klubunun yetirməsidir. Onun son iş yeri İsrailin "Hapoel" (Kiryat-Şmona) klubu olub. Əvvəllər isə Manqa "Ayzenştadt" (Avstriya), "Münhen 1860" (Almaniya) və icarə əsasında "Hapoel" (Ramat-Qan) komandalarında çıxış edib. 28 yaşlı oyunçu Mərkəzi Afrika Respublikasının milli komandasına da 9 dəfə çağırılıb. O, həmin oyunlarda 2 qola imza atıb. 

Qeyd edək ki, "Zirə" klubu 2017-2018 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi