"Zirə"dən ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb

"Zirə"dən ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb Rumıniyalı müdafiəçi ayda 10 min avro maaş alacaq
Futbol
29 Dekabr , 2017 17:36
Zirədən ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Polşanın "Termalika" klubu "Zirə"nin futbolçusu Qabriel Mateyi transfer edib.

"Report"un "gsp.ro"ya istinadən verdiyi məlumata görə, rumıniyalı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Anlaşma müddəti bitdikdən sonra Mateyin daha 1 illik sözləşməyə imza atmaq hüququ var. Rumıniyalı oyunçunun aylıq maaşı 10 min avro təşkil edəcək. Bu, Mateyin Polşada çıxış edəcəyi ikinci komanda olacaq. Daha əvvəl 27 yaşlı futbolçu "Qurnik"də çıxış edib.

Yeni transfer Polşa çempionatına qayıdışından məmnun olduğunu bildirib: "Bu, güclü və gərgin mübarizənin getdiyi çempionatdır. Çox xoşuma gəldiyi üçün "Termalika" ilə müqavilə bağladım. Bu komanda barədə xeyli tərif eşitmişdim. Burada stadion və şəraiti gördükdə xeyli heyran oldum. Keçidimdə vasitəçi olan agentimə minnətdaram".

Qeyd edək ki, Qabriel Matey "Zirə"də cari mövsümün ilk yarısında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi