"Zirə" daha bir futbolçu transfer edəcək

"Zirə" daha bir futbolçu transfer edəcək "Belə ağır məşqlərdən sonra bu cür oynamaq çətindir”
Futbol
19 Yanvar , 2018 17:29
Zirə daha bir futbolçu transfer edəcək
Ayxan Abbasov

Bakı. 19 yanvar. REPORT.AZ/ “Bakı toplanışına yekun vurduq, son matçımız idi. Belə ağır məşqlərdən sonra bu cür oynamaq çətindir”.

“Report” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov yoxlama matçında “Keşlə”yə 1:2 hesablı məğlubiyyətdən sonra deyib. 

O bildirib ki, çatışmazlıqlar üzərində işləyəcəklər: “Bugünkü matçda əsas olan futbolçularımızın hərəkətliliyi idi. Bu da bizi qane etdi. Çatışmazlıqlarımızı görürük və onların üzərində işləyəcəyik. Bizi qarşıda çətin iki dövrə gözləyir. Hazır olmaq lazımdır. Təmkin Xəlilzadənin yeri görünürmü? Artıq Təmkin söhbətini etmək istəmirəm. O artıq “Qəbələ”dədir. Geri dönən Jozef Bumun durumu yaxşıdır. Antalya toplanışında məşqlərimizə qoşulacaq”.

A.Abbasov fasilə dönəmində daha bir futboçu transfer edəcəklərini də söyləyib. O, uzun müddətdir zədəli olan qapıçı Anar Nəzirovun da məşqlərə başladığını vurğulayıb: “Baxdığımız futbolçular var. Ən azı bir transfer etməyə çalışacağıq. Orta xəttə oyunçu istəyirik. Fikrimcə, heyətimiz mövsümün qalan bölümü üçün kifayət edəcək. Zədəsini sağaldan Nəzirov da məşqlərə başlayıb. Onu Türkiyədəki ikinci yoxlama matçında sınayacağıq”.

Qeyd edək ki, “Zirə” Azərbaycan Premyer Liqasının geridə qalan 14 turundan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi