Elxan Abdullayev: "Zirə" çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun?"

Elxan Abdullayev: "Zirə" çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun?" "İstəyimizə nail olduq"
Futbol
21 Dekabr , 2016 19:21
Elxan Abdullayev: Zirə çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun?

Bakı. 21 dekabr. REPORT.AZ/ "Çətin oyun olacağını bilirdik. Belə də oldu. Amma istəyimizə nail olduq". 

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Zirə" ilə matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun komandası evdə 1:2 hesabı ilə uduzsa da, 2 oyunun nəticəsinə görə yarımfinala adlayıb: "Bu, bizim üçün çox vacib idi. Komandanı təbrik edirəm. Rəqib ilk qolu vurub hesabda önə keçəndə narahatlıq hissi yaranmadı. Mən tam arxayın idim. Məşqçi kimi bilirdim ki, bu oyunu 100 faiz keçəcəyik. Amma futbolçunu rahatlaşdırmaq olmaz. "Zirə" çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun?

Son xəbərlər

Orphus sistemi