"Zirə" azərbaycanlı futbolçunu Portuqaliya klubundan icarəyə götürüb

"Zirə" azərbaycanlı futbolçunu Portuqaliya klubundan icarəyə götürüb Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən Zirə klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
10 Avqust , 2018 17:18
Zirə azərbaycanlı futbolçunu Portuqaliya klubundan icarəyə götürüb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” xəbər verir ki, qəsəbə təmsilçisi Budaq Nəsirovla anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 22 yaşlı Nəsirov Portuqaliyanın "Sportinq" klubundan icarəyə götürülüb. O daha əvvəl “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Sumqayıt”da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi