​"Zirə" Antalyada Rumıniya klubu ilə qarşılaşacaq

​"Zirə" Antalyada Rumıniya klubu ilə qarşılaşacaq Görüş yanvarın 22-də baş tutacaq
Futbol
30 Dekabr , 2015 17:42
​Zirə Antalyada Rumıniya klubu ilə qarşılaşacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək "Zirə"nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın yüksək liqa təmsilçisi "Tırqu-Mureş" klubu ilə üz-üzə gələcək.

Oyun saat 15-00-da başlayacaq. "Tırqu-Mureş" hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın "Sent-Etyen" klubuna məğlub olan "Tırqu-Mureş" mübarizəni dayandırıb. Komandanın baş məşqçisi Rumıniya futbolunun tanınan simalarından, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən olan Dan Petreskudur.

Qeyd edək ki, "Zirə" Antalyanın Side bölgəsində yerləşən "The Sense Deluxe" otelində məskunlaşacaq 

Son xəbərlər

Orphus sistemi