"Zirə" Antalyada Polşa və Rusiya klubları ilə qarşılaşacaq

"Zirə" Antalyada Polşa və Rusiya klubları ilə qarşılaşacaq Azərbaycan təmsilçisi "Krakoviya" və "Avanqard"la qarşılaşacaq
Futbol
21 Dekabr , 2017 16:33
Zirə Antalyada Polşa və Rusiya klubları ilə qarşılaşacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın “Zirə” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi iki rəqib müəyyənləşib.

Klubdan “Report”a verilən məlumata görə, qəsəbə təmsilçisi yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, yanvarın 30-da isə Rusiyanın I divizion klubu “Avanqard”la qarşılaşacaq.

Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Qəbələ”nin sabiq futbolçuları Sergey Zenyov və Xavi Hernandez hazırda “Krakoviya”nın formasını geyinirlər.

Son xəbərlər

Orphus sistemi