Zinəddin Zidan FİFA versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib

Zinəddin Zidan FİFA versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib Ona mükafatı Klaudio Ranyeri təqdim edib
Futbol
23 Oktyabr , 2017 23:01
Zinəddin Zidan FİFA versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

“Report” xəbər verir ki, o, bu ad uğrunda mübarizədə "Çelsi"nin baş məşqçisi Antonio Konte və "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqrini qabaqlayıb.

Londonda keçirilən mərasimdə ona mükafatı 2016-cı ilin ən yaxşı məşqçisi seçilmiş Klaudio Ranyeri təqdim edib.

"Real" 2017-ci ildə Zidanın rəhbərliyi altında İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi