Yuxarı

Zidan "Real Madrid"i klub prezidenti ilə fikir ayrılıqları səbəbindən tərk edib

Zidan "Real Madrid"i klub prezidenti ilə fikir ayrılıqları səbəbindən tərk edib
© Getty İmages

Bakı. 5 iyun. REPORT.AZ/ Zinəddin Zidan İspaniya "Real Madrid"inin baş məşqçi postunu klub prezidenti Florentino Pereslə fikir ayrılıqları üzündən tərk edib. 

"Report"un "Mirror"a istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssis Peresdən İngiltərənin "Çelsi" komandasının yarımmüdafiəçisi Eden Azarın alınmasını istəyib. Lakin "kral klubu"nun rəhbəri bundan imtina edib. 

Üstəlik, Peres "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer etmək niyyətində olduğunu söyləyib. Amma Zidan əsas qapıçı Keylor Navasdan razı olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"də 2016-cı il yanvarın 4-dən bu il mayın 31-dək çalışıb. Onun rəhbərliyi altında "kral klubu" İspaniya çempionu, İspaniya Super Kubokunun sahibi, 3 dəfə Çempionlar Liqasının qalibi, hərəyə 2 dəfə UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Bu komanda Zidanla ümumilikdə 9 titul əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi