Zepp Blatter sponsor-şirkətlərin istefa çağırışlarına məhəl qoymadı

Zepp Blatter sponsor-şirkətlərin istefa çağırışlarına məhəl qoymadı 79 yaşlı Blatter bildirib ki, onun istefası FİFA-da islahat prosesinə təsir etməyəcək
Futbol
3 Oktyabr , 2015 06:19
Zepp Blatter sponsor-şirkətlərin istefa çağırışlarına məhəl qoymadı

Bakı. 3 oktyabr. REPORT.AZ/ FİFA-nın prezidenti Zepp Blatter ümumdünya futbol təşkilatının əsas sponsorlarından olan "Coca-Cola", “VİSA”, “Budweiser” və "McDonald’s" şirkətlərinin istefa çağırışlarına məhəl qoymayıb .

“Report”-un BBC-yə istinadən verdiyi xəbərə görə, sponsor-şirkətlər FİFA-nın repurtasiyasının enməsindən narahat olduqlarını və bununla bağlı təşkilatda təcili islahatların aparılması tələb etmişdi.

Lakin 79 yaşlı Y.Blatter bildirib ki, vaxtından tez vəzifəsini tərk etmək niyyətində deyil. Onun sözlərinə görə, istefa qərarı FİFA-da islahatlar prosesinə təsir etməyəcək.

Qeyd edək ki, FİFA-nın yeni rəhbərliyinin seçkiləri 2016-ci ilin fevralında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi