Sankt-Peterburqun "Zenit" futbol klubu vaxtından əvvəl Rusiya Premyer Liqasının çempionu olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya çempionatının 27-ci turunda Moskva "Lokomotiv"inin Tula "Arsenal"ına 0:2 hesablı məğlubiyyətindən sonra məlum olub.
"Arsenal"ın qələbəsi sayəsində "Zenit"in "Lokomotiv"lə xal fərqi 9 olaraq qalıb. Bununla belə, "dəmiryolçular" qələbələrin sayına görə "peterburqlular"ı ötə bilməyəcəklər.
"Zenit" tarixində 5-ci dəfə Rusiya çempionu olub. Peterburqlular daha əvvəl 2007, 2010, 2012 və 2015-ci illərdə çempionatın qızıl medallarına yiyələniblər.